“Qızıl top”a favoritlər müəyyənləşib
04.06.2024 - 11:58
“Qızıl top”a favoritlər müəyyənləşib

“Qızıl top”a favoritlərin siyahısı açıqlanıb.

Apasport.az xəbər verir ki,siyahını "Goal" nəşri hazırlayıb. İlk "dördlük"də "Real Madrid" futbolçuları yer alıb. 

Mükafatı qazanmağa ən yaxın ad Vinisius Juniordur. “Real”ın vingeri bu mövsüm La Liqada və Çempionlar Liqasında qalib olub, ÇL-də mövsümün ən yaxşı futbolçusu seçilib.

İkinci sırada onun komanda yoldaşı Cud Bellingem yer alıb. 3 və 4-cü sırada Kilian Mbappe ilə Toni Kroos qərarlaşıb. Beşinci pilləni isə “Bavariya”dan Harri Keyn tutub.

Qeyd edək ki, “Qızıl top”un qalibi oktyabrın 28-də açıqlanacaq.

writer photo
Əlirza Əlirzalı
0