Keyndən yeni rekord
18.10.2023 - 16:46
İngiltərə millisinin hücumçusu Harri keyn yığmanın yeni rekorduna imza atıb.
Apasport.az xəbər verir ki, forvard AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən İngiltərə - İtaliya (3:1) oyununda dubl edib.
Bununla da forvard millinin forması ilə vurduğu qol sayını 61-ə çatdırıb. O, buna 87 oyunda nail olub.
Qeyd edək ki, ingiltərəli futbolçu hazırda “Bavariya”nın heyətində çıxış edir. Keyn cari mövsümdə iştirak etdiyi 7 matçda 8 qol vurub.
0
0