Birinci hissədə rekorda imza atdı – tək zərbə ilə uduzdu
20.09.2023 - 01:34
Birinci hissədə rekorda imza atdı – tək zərbə ilə uduzdu

Çempionlar Liqasının qalibi “Mançester Siti” rekorda imza atıb.

Apasport.az saytı xəbər verir ki, komanda birinci hissədə “Srvena Zvezda”nın qapısına 22 zərbə endirib. 

Bu turnirin tarixində ən yüksək göstəricidir. Bu zərbələrdən 7-si qapıya istiqamətlənib. Bu göstəriciyə baxmayaraq, “Mançester Siti” fasiləyə məğlub yollanıb. Serbiya təmsilçinin 45-ci dəqiqədə qapıya endirdiyi ilk zərbə qolla nəticələnib. Amma fasilədən sonra “şəhərlilər” oyunun axarını dəyişiblər və rəqib qapısından üç top keçiriblər – 3:1. 

Ümumilikdə, Mançester klubu 90 dəqiqə ərzində rəqib qapısına 37 zərbə endirib.

Qeyd edək ki, əvvəlki rekord “Barselona”ya məxsus idi. Kataloniyalılar 2013-cü ildə birinci hissədə “Viktoriya”nın (Çexiya) qapısına 21 zərbə endiriblər.
 

writer photo
Əlirza Əlirzalı
0