"Milan"ın futbolçusu qəza keçirdi, başı partladı
12.10.2023 - 17:54
"Milan"ın futbolçusu qəza keçirdi, başı partladı

"Milan"ın futbolçusu Noa Okafor avtoqəzaya uğrayıb.

Apasport.az xəbər verir ki, 23 yaşlı hücumçu insident zamanı sərnişin oturacağında olub.

Başı partlayan futbolçuya həkimlər müdaxilə ediblər. İsveçrə millisinin üzvünün baş nahiyəsinə bir neçə tikiş vurulub. Bu səbəbdən o, Avro-2024-ün seçmə mərhələsinin İsrail və Belarus yığmalarına qarşı oyunlarda iştirak edə bilməyəcək.

Qeyd edək ki, gənc forvard bu mövsüm “Milan” klubu ilə 9 matçda iştirak edərək, 2 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0