Misli Premyer Liqasının XVII turu iki qırmızı vərəqə ilə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, hər iki cəza “Sabah”a verilib.
Bakı klubunun futbolçusu Ceyhun Nuriyev və məşqçisi Vitali Kovalyov “Kəpəz”lə səfər görüşündə (2:2) qovulub. Bununla da paytaxt təmsilçisi mövsümün “rekord”çusu olub.
“Sabah” cari mövsüm Premyer Liqada ən çox qırmızı vərəqə alan komanda ünvanına sahib çıxıb. Bakılılar 5 dəfə cəzalanıb. “Kəpəz” və “Səbail”in 4 qırmızı vərəqəsi var.
Qeyd edək ki, yalnız “Qarabağ” qırmızı vərəqə ilə cəzalanmayıb.
1. “Sabah” - 5
2-3. “Kəpəz” – 4
“Səbail” – 4
4-8. “Qəbələ” - 2
“Şamaxı” - 2
“Sumqayıt” - 2
“Zirə” - 2
“Turan Tovuz” – 2
9. “Neftçi” - 1
10. “Qarabağ” – 0