"Narahatlıq yaradan məsələ qrup oyunlarının İsveçdə olmasıdır" - Vitali Borisov
04.07.2024 - 19:25
"Narahatlıq yaradan məsələ qrup oyunlarının İsveçdə olmasıdır" - Vitali Borisov

“Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov futzal üzrə UEFA Çempionlar Liqasının püşkatması haqda fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, o, azfutzal.az-a açıqlamasında rəqibləri dəyərləndirib. Borisov qrup oyunlarının İsveçdə keçirilməsinin onlara çətinlik yaradacağını deyib:

“Açığı, rəqiblərimizlə bağlı hazırda dolğun informasiyamız yoxdur. Ancaq Estoniya və İsveçdə futzal oynayan, bu sahədə çalışan dostlarımız var. Yəqin ki, onların vasitəsilə müəyyən bilgilər əldə edəcəyik. Əsas narahatlıq yaradan məsələ qrup oyunlarının keçiriləcəyi ölkənin uzaq məsafədə yerləşməsidir. Bu da istər-istəməz yol yorğunluğu yaradacaq. Digər skandinavlar kimi İsveçdə də futzal inkişafdadır. Nəzər alsaq ki, doğma meydanda oynayacaqlar, deməli, bu amili də xeyirlərinə çevirməyə çalışacaqlar. Əvvəlki illərdən fərqli olaraq, reqlamentə əsasən, ancaq qrup qalibləri növbəti mərhələyə yüksələcək. Ona görə işimiz çətin olacaq. Bugündən rəqiblərlə bağlı məlumatlar toplamağa başlayacağıq. Çünki heyətlərindən xəbərimiz yoxdur. Yaxın günlərdə komandamızın hazırlıq planı və transferlərlə bağlı da məlumat paylaşacağıq”.

writer photo
Əlirza Əlirzalı
0