Millimiz Polşa ilə yoldaşlıq görüşü keçirəcək
22.02.2024 - 13:21
Millimiz Polşa ilə yoldaşlıq görüşü keçirəcək

Fevralın 25-də Lublin şəhərində boks gecəsi keçiriləcək.

Apasport.az xəbər verir ki, gecədə Azərbaycan yığmasının Polşa milli komandası ilə yoldaşlıq görüşü təşkil olunacaq.

Döyüşlər 9 çəki dərəcəsində baş tutacaq. Artıq Polşaya yollanan yığmamıza məşqçilər Elbrus Rzayevlə Ravşan Xocayev rəhbərlik edəcək.

Gecədə Məsud Yusifzadə (51 kq) Nikolas Pavliklə, Əzrək Bəbirov (57 kq) Yakub Krzpietlə, Maqsud Xasmetov (60 kq) Yaub Suleçkilə, Nəbi İsgəndərov (67 kq) Mateus Qreyberlə, Kamran Şahsuvarlı (75 kq) Mixal Yarlinskilə, Fəqan Məmmədov (80 kq) Muhammadali Romanskilə, Seyid Seyidov (86 kq) Yakub Staşevskilə, Rauf Məmmədov (92 kq) Yakub Stepinskilə və Yohannes Nuriyev (+92 kq) Viktor Bartniklə üz-üzə gələcək.

Görüşdə Emil Qurbanəliyev isə ölkəmizi hakim kimi təmsil edəcək.

Qeyd edək ki, boks gecəsi Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0