"Çelsi" portuqaliyalı istedadı heyətinə qatıb
11.07.2024 - 10:45
"Çelsi" portuqaliyalı istedadı heyətinə qatıb

“Çelsi” İsveçrənin “Bazel” klubundan 20 yaşlı Renatu Veyqanı transfer edib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

2003-cü il doğumlu portuqaliyalı istedadın ingilislərlə müqaviləsi 2032-ci ilə qədər qüvvədə olacaq.

“Bazel”in transferdən qazanacağı məbləğ isə 14 milyon avrodur.

Qeyd edək ki, yarımmüdafiəçi portuqaliyanın “Sportinq” klubunun yetirməsi hesab olunur.
 

writer photo
Əlirza Əlirzalı
0