“Mançester Yunayted” Ten Haqa yeni müqavilə hazırlayır
27.09.2023 - 21:44
“Mançester Yunayted” Ten Haqa yeni müqavilə hazırlayır

“Mançester Yunayted” baş məşqçisi Erik Ten Haqla müqavilə müddətini artırmağı planlayır.

Apasport.az saytı xəbər verir ki, klub rəhbərliyi hollandiyalı mütəxəssisin fəaliyyətindən razıdır.

Klubun baş direktoru Riçard Arnold və idman direktoru Con Merto Ten Haqı tam dəstəkləyir. Onların fikrincə, 53 yaşlı məşqçi “Mançester Yunayted”ə yüksək nəticələr qazandıracaq. Eriklə hazırki müqavilə 2025-ci ilin yayında bitəcək. Yeni razılaşmaya görə, əməkdaşlıq bir illik uzadılacaq. 

Qeyd edək ki, “qırmızı şeytanlar” mövsümə heç də uğurlu başlamayıb. Komanda Premyer Liqada keçirdiyi 6 oyunun üçündə qələbə qazanıb, üçündə uduzub. 
 

writer photo
Əlirza Əlirzalı
0