UEFA-dan türkiyəli hakimə növbəti təyinat
19.06.2024 - 12:51
UEFA-dan türkiyəli hakimə növbəti təyinat

FIFA lisenziyalı türk hakim Halil Umut Meler Avropa çempionatında ikinci oyununa təyinat alıb.

Apasport.az xəbər verir ki, Meler bu dəfə D qrupunda Polşa-Avstriya matçında start fitini səsləndirəcək.

O, daha əvvəl turnirin E qrupunda Belçika-Slovakiya matçını idarə edib. 

21 iyunda Berlin Olimpiya Stadionunda oynanılacaq qarşılaşmada Halil Umut Melərin köməkçiləri Mustafa Emre Eyisoy və Kerem Ersoy olacaq. Saat 20:00-da başlayacaq görüşün dördüncü hakimi Sloveniya Futbol Federasiyasından Rade Obrenoviç olacaq.

 

writer photo
Əlirza Əlirzalı
0