“Omoniya” Qəbələyə məğlub gəlir
21.07.2023 - 23:27
“Omoniya” Qəbələyə məğlub gəlir

“Qəbələ”nin rəqibi Kipr Superkubokunun finalında uduzub.

Apasport.az-ın məlumatına görə, ölkə kubokunun qalibi “Omoniya” çempion “Aris”lə qarşlaşıb.

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşacaq Kipr təmsilçisi 0:2 hesabı ilə məğlub olub. “Omoniya” Mayembalanın 23-cü dəqiqədə vurduğu qolun əvəzini çıxa bilməyib. Son saniyələrdəə daha bir qol buraxan komanda titul qazanmaq şansını qaçırıb.

Qeyd edək ki, “Qəbələ” və “Omoniya” arasındakı ilk oyun iyulun 27-də Qəbələ şəhərində keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0