Avropa nəhəngləri argentinalı ulduz üçün mübarizə aparır
03.08.2024 - 18:43
Avropa nəhəngləri argentinalı ulduz üçün mübarizə aparır

"Mançester Siti"nin argentinalı futbolçusu Xulian Alvarez komandasını dəyişə bilər. 

Apasport.az xəbər verir ki, hücumçunun xidmətində maraqlı olan klublar arasında "PSJ" və "Atletiko Madrid" var.

İddialara görə, "Atletiko Madrid" 24 yaşlı futbolçu üçün 60 milyon avrodan keçməyə hazırdır. Bu transferin gerçəkləşməsində Dieqo Simeone faktoru da önəmli rol oynaya bilər.

Bununla belə, "PSJ"nin Alvarez üçün daha yüksək məbləğ təklif etdiyi bildirilir.

Qeyd edək ki, cari transfer dəyəri 90 milyon avro olan gənc ulduzun "Mançester Siti" ilə müqaviləsi 2028-ci ilə qədərdir. O, komandasında 103 oyuna çıxıb, 36 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. 

 

 

 

writer photo
Əlirza Əlirzalı
0