Ekspert millimizdən qol gözləmir
21.09.2022 - 15:28
Ekspert millimizdən qol gözləmir

Millətlər Liqasının Slovakiya – Azərbaycan oyununa proqnoz açıqlanıb.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Dmitri Jdanyuk matça proqnoz verib.

Mütəxəssis meydan sahiblərinin qapısını toxunulmaz saxlayacağı qənaətindədir:

Qarşılaşmanın darıxdırıcı keçəcəyini düşünürsüzsə, siz haqlısız. Əgər bu il keçirilən oyunların nəticələrinə baxsaq, Azərbaycanın orta məhsuldarlığı üzücüdür -  0,33.

Komanda 6 matçdan beşində ümumiyyətlə qol vurmayıb. Hətta Maltadakı yoxlama oyunlarında da bunu bacarmadılar. Böyük uğursuzluqdur.

Slovakların narahat olması üçün əsas yoxdur. Onların 6 oyunun üçündə qapısını toxunulmaz saxlayıb. Elə bu dəfə də belə olacağının əmsalı 1,77-yə bərabərdir.

Proqnozum: 2-ci komanda 0,5 Alt
 

writer photo
Əlirza Əlirzalı
0