Kan istefaya göndərilə bilər
20.04.2023 - 23:16
Kan istefaya göndərilə bilər

“Bavariya” baş direktoru Oliver Kanı istefaya göndərə bilər.

Apasport.az xəbər verir ki, klubda artıq bu məsələ müzakirə olunur.

Martın sonunda “Bavariya” baş məşqçisi Yulian Naqelsmanı istefaya göndərib, onun yerinə Tomas Tuxel gətirilib. Bununla belə, komanda UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində və Almaniya kubokunda mübarizəni dayandırıb. Məhz bu uğursuzluqda Almaniya millisinin sabiq qapıçısı da günahkar bilinir.

writer photo
Əlirza Əlirzalı
0