İkardi vurdu, “Qalatasaray” qazandı
26.09.2023 - 23:04
Türkiyə Superliqasında 3-cü turdan təxirə salınmış bir oyun keçirilib.
Apasport.az saytı xəbər verir ki, “Qalatasaray” səfərdə “İstanbulspor”u məğlub edib.
Oyunun taleyini həll edən yeganə qol birinci hissədə vurulub. 42-ci dəqiqədə Mauro İkardı “Qalatasaray”ın heyətində növbətini qolunu vurub. Bu qələbədən sonra çempion xalını 16-ya yüksəldib.
Qeyd edək ki, sabah “Beşiktaş” – “Adana Dəmirspor”, sentyabr 28-də isə “Fənərbaxça” – “Başakşəhər” qarşılaşmaları baş tutacaq.
0
0