Ronaldo məhkəməyə verilir
23.08.2022 - 10:52
Ronaldo məhkəməyə verilir

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo tərəfindən telefonu sındırılan autizmli uşağın anası Sara Kelli futbolçunu və klubu məhkəməyə verməyi planlaşdırır.

Apaport.az saytının məlumatına görə, bunu 14 yaşlı azarkeşin anası özü açıqlayıb.

O bildirib ki, Ronaldonun 200 funt sterlinqlə canını qurtarmasından narahatdır: “Mən ədaləti, onun törətdiyi əmələ görə cavab verməsini istəyirəm. Ronaldonun bu işdən belə asan qurtulmasından iyrənirəm. Hadisədən sonra ona demişdim ki, oğlumun əlilliyi, sənin də problemin var”.

Qeyd edək ki, hadisə apreldə “Everton”la oyun (0:1) başa çatdıqdan sonra yaşanıb. Portuqaliyalının 14 yaşlı azarkeşin əlinə vurması telefonun düşməsinə səbəb olub. Sonradan məlum olub ki, yeniyetmədə autizm diaqnozu var. Ronaldo hərəkətinə görə sosial şəbəkə vasitəsilə üzr istəmiş, polis işin şərti xəbərdarlıqla həll olunduğunu bildirmişdi.

writer photo
Əlirza Əlirzalı
0