“Vulverhempton”dan “Fulhem”ə
13.08.2023 - 13:28
“Vulverhempton”dan “Fulhem”ə

Adama Traore “Fulhem”in şərəfini qoruyacaq.

Apasport.az-ın məlumatına, o, komandaya sərbəst agent kimi qoşulub.

“Vulverhempton”dan ayrılan ispaniyalı futbolçu “Fulhem”lə anlaşıb. O, komanda ilə iki illik müqaviləyə imza atıb. Razılaşmaya görə, bu müddət bir il artırıla bilər. Traore keçidinə belə açıqlama verib: “Mənim üçün əla fürsətdir. Burada hər şey ürəyimcədir və “Fulhem” haqqında Raul Ximenesdən çox eşitmişəm. Bütün bacarığımı göstərməyə hazıram”.

Qeyd edək ki, Adama 2018-ci ildən “Vulverhempton”da çıxış edirdi. O, 2022-ci ilin yanvarından iyulunadək icarə əsasında “Barselona”da oynayıb.
 

writer photo
Əlirza Əlirzalı
0