"Qarabağ"dan ayrılıb, "Ferentsvaroş"a yollandı
05.01.2023 - 12:49
"Qarabağ"dan ayrılıb, "Ferentsvaroş"a yollandı

"Qarabağ"ın hücumçusu Kvabena Ovusu karyerasını Macarıstanda davam etdirəcək. 

Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu "Ferentsvaroş" klubu ilə müqavilə bağlayıb.

Ovusu bu gün Budapeştdən İstanbula, ordan da Antalyaya yollanacaq. "Qarabağ"la 6 aylıq müqaviləsi qalan Ovusu indidən yay transfer pəncərəsi üçün Macarıstan klubu ilə razılıq əldə edib (sportlife.az).

Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ildən "Qarabağ"ın formasını geyinir.


 

writer photo
Əlirza Əlirzalı
0