Azərbaycan çempionunun avrokubokda hər 2 oyunu Bakıda
28.10.2022 - 15:51
Azərbaycan çempionunun avrokubokda hər 2 oyunu Bakıda

Kişi voleybolçular arasında Azərbaycan çempionu “Murov” avrokuboklardakı növbəti oyunlarını da evdə keçirəcək.

Apasport.az saytının məlumatına görə, Çelenc kubokunda mübarizə aparan təmsilçimiz 1/16 final mərhələsində Avstriyanın “Qrats” klubu ilə öz meydanında görüşəcək.

Qarşılıqlı razılığa əsasən hər iki görüş Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq. Noyabrın 8-dəki ilk matçda meydan sahibi avstriyalılar olacaq. Ertəsi gün keçiriləcək cavab görüşündə “Murov” rəqibini qəbul edəcək. Komandalar ilk oyuna saat 19:00-da, ertəsi gün isə saat 18:00-da çıxacaq.

Qeyd edək ki, “Murov” 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə də iki dəfə Bakıda qarşılaşıb. Təmsilçimiz bu matçlarda 3:0 və 3:1 hesabı ilə qalib gəlib.
 

writer photo
Əlirza Əlirzalı
0