16 ildən sonra gələn çempionluq
31.10.2022 - 10:20
16 ildən sonra gələn çempionluq

Luis Suares növbəti titulunu qazanıb.

Apasport.az saytının məlumatına görə, ulduz hücumçu Uruqvay çempionu adına yiyələnib.

O, bu uğura “Nasyonal”ın heyətində nail olub. Suaresin komandası həlledici qarşılaşmada “Liverpul”u 4:1 hesabı ilə məğlub edib. 

Əsas vaxtı 1:1 hesabı ilə bitən görüşün taleyi əlavə yarım saatda həll olunub. Üç qoldan birinə Luis imza atıb.

Qeyd edək ki, 2005/06 mövsümündə də Uruqvay çempionu olan Suares 16 ildən sonra eyni uğura sevinib. O, karyerası ərzində 1 dəfə Niderland, 5 dəfə İspaniya çempionu adını da qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0