Rusiyada baş məşqçi ayrılığı
13.03.2024 - 12:22
Rusiya təmsilçisi “Krasnodar” baş məşqçisi Vladimir İviçlə müqaviləyə xitam verib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Klub ona təşəkkür edir, gələcək işində və həyatında uğurlar arzulayır”, - deyə məlumatda bildirilib.
Xatırladaq ki, serbiyalı mütəxəssis ötən qışdan "Krasnodar"da çalışır. Onun rəhbərliyi altında komanda 48 oyun keçirib və 27 qələbə qazanıb.
Qeyd edək ki, martın 12-də "Krasnodar" Rusiya kuboku uğrunda mübarizəni dayandırıb. Klub "Ximki"yə 2:0 hesabı ilə məğlub olub.
0
0