“Barselona”da itki: 3 həftə oynamayacaq
06.02.2023 - 10:22
“Barselona”da itki: 3 həftə oynamayacaq

“Barselona”nın futbolçusu Serxio Busketsin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi üç həftəlik sıradan çıxıb.

Buna səbəb 35 yaşlı futbolçunun zədələnməsidir. O, La Liqanın XX turunun “Sevilya” ilə görüşündə xəsarət alıb. Buskets matçın 4-cü dəqiqəsində zədə aldığı üçün meydanı tərk edib.

Qeyd edək ki, “Barselona” bu oyunda 3:0 hesablı qələbə qazanıb.

writer photo
Əlirza Əlirzalı
0