Avropa Liqası və Konfrans Liqasında yarımfinal cütləri bilindi
21.04.2023 - 02:14
Avropa Liqası və Konfrans Liqasında yarımfinal cütləri bilindi

UEFA Avropa Liqası və Avropa Konfrans Liqasında 1/4 final oyunlarının başa çatması ilə bütün yarımfinal cütləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, hər iki turnirdə yarımfinal mərhələsinin ilk oyunları 11 mayda, cavab matçları isə 18 mayda keçiriləcək.

Avropa Liqası
1/2 final

"Yuventus" (İtaliya) – "Sevilya" (İspaniya)
"Roma" (İtaliya) – "Bayer" (Almaniya)

Konfrans Liqası
1/2 final

"Fyorentina" (İtaliya) – "Bazel" (İsveçrə)
"Vest Hem Yunayted" (İngiltərə) – AZ (Niderland)

writer photo
Əlirza Əlirzalı
0