Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinal başa çatıb.
Apasport.az xəbər verir ki, ikinci yarımfinal görüşlərində Vasif Durarbəyli Eltac Səfərli ilə heç-heçə oynamaqla adını finala yazdırıb. İki görüşdən 1,5:0,5 hesabı ilə qələbə qazanan Vasif Durarbəyli həlledici görüşə vəsiqə qazanıb.
Vüqar Əsədli isə ikinci görüşdə də Məhəmməd Muradlıya qalib gəlməklə çempionluq uğrunda final oyununda iştirak hüququ qazanıbb.
Qeyd edək ki, final yanvarın 26 və 27-də oynanılacaq. İki görüşdən sonra qalib olmasa, finalçılar arasında tay-brek oynanılacaq. Eltac Səfərli və Məhəmməd Muradlı isə 3-cü yer uğrunda mübarizə aparacaq.