Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə daha 3 cavab görüşü keçiriləcək.
Bununla qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dnamo”su Xorvatiyada Norveç təmsilçisi “Bodo-Qlimt”i qəbul edəcək. Zaqreblilər ilk oyundakı 0:1 hesablı məğlubiyyətin revanşını almağa çalışacaq.
Türkiyə çempionu “Trabzonspor” isə Danimarka “Kopenhagen”ini sınağa çəkəcək. Qara dəniz təmsilçisi səfərdəki 1:2 hesablı yenilginin əvəzini doğma arenasında çıxmaq niyyətindədir.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
24 avqust
23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Bodo-Qlimt” (Norveç)
23:00. PSV (Niderland) – “Reyncers” (Şotlandiya)
23:00. “Trabzonspor” (Türkiyə) – “Kopenhagen” (Danimarka)