Musalı “Yurqorden” üç xal qazandı
30.07.2023 - 18:53
Musalı “Yurqorden” üç xal qazandı

Musa Qurbanlı İsveç çempionatının növbəti turunda meydana çıxıb.

Apasport.az saytı xəbər verir ki, onun komandası səfərdə 3 xal qazanıb.

“Yurqorden” çempionatın 17-ci turunda rəqib meydanında “Myallbü” ilə qarşılaşıb. Oyun Musanın komandasının qələbəsi ilə başa çatıb. Görüşün taleyini həll edən yeganə qolun müəllifi Asoro olub. Meydana ikinci hissədə çıxan Qurbanlı 72-ci dəqiqədə məhz qələbə topunun vuran futbolçunu əvəzləyib.

Qeyd edək ki, bu qələbədən sonra xalının sayını 33-ə yüksəldən “Yurqorden” 4-cü pillədəki mövqeyini möhkəmlədib.
 

writer photo
Əlirza Əlirzalı
0