“Real”da son 57 ilin “qoca”sı
07.09.2022 - 10:46
“Real”da son 57 ilin “qoca”sı

“Real” Çempionlar Liqasının I turunun səfər oyununda “Seltik”ə 3:0 hesabı ilə qalib gəlib.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhənginin qollarından birinə Luka Modriç imza atıb.

Xorvatiyalı yarımmüdafiəçi 36 yaş 362 günlüyündə fərqlənib. O, klub tarixinə Çempionlar Liqasında son 57 ilin ən yaşlı qol müəllifi kimi düşüb.

Lukadan “qoca” oyunçunun “Real”la Çempionlar Liqasında qol vurmasına 1965-ci ildə təsadüf olunub. Həmin vaxt Çempionlar kuboku adlanan yarışda qol sevinci yaşayan Ferens Puşkaş 38 yaş 173 günlüyündə rəqib qapısına yol tapıb.

writer photo
Əlirza Əlirzalı
0