Millimiz Qazaxıstanla bacarmadı – hər 2 oyunda
20.09.2022 - 17:38
Millimiz Qazaxıstanla bacarmadı – hər 2 oyunda

Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız Qazaxıstanla ikinci yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Joze Alesionun yetirmələri bu dəfə də meydandan məğlub ayrılıb. Meydan sahibləri 6:5 hesablı əzmkar qələbə qazanıb. Komandamızın heyətində Rafael Vilela üç, Sezar De Angelis Conatan Baton və Emin Kürdov hərəyə bir qol vurub.

Qeyd edək ki, dünən keçirilən ilk qarşılaşmada Qazaxıstan 5:3 hesablı qələbə qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0