Millimiz qol buraxmasa da...
04.05.2023 - 21:47
Millimiz qol buraxmasa da...

Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulub.

Apasport.az xəbər verir ki, millimiz son turda Serbiya komandası ilə qarşılaşıb. Tərəflərin səylərinə baxmayaraq, qapılara qol vurulmayıb. Bununla da, yığmamız dördüncü oyunda da qapısını toxunulmaz saxlayıb.

Nəticədə millimizin yer aldığı A qrupunda 3 komanda eyni – 8 xal toplayıb. Ən yaxşı top fərqinə malik Serbiya birinci, Çexiya isə ikinci yeri tutub. Futbolçularımız qrupu 3-cü pillədə başa vurublar.

Reqlamentə görə, qrup qalibləri birbaşa yarımfinala yüksəliblər. 2-3-cü yeri tutan komandalar arasında keçiriləcək oyunlar növbəti iki xoşbəxt yığmanı müəyyən edəcək.

A qrupu
İtaliya – Çexiya – 1:3
Azərbaycan – Serbiya – 0:0

Serbiya – 8, Çexiya – 8, Azərbaycan – 8, Gürcüstan – 3, İtaliya – 0 xal.

B qrupu
Türkiyə – CAR – 10:2
Fransa – Qazaxıstan – 1:3

Qazaxıstan – 9, Fransa – 7, Ukrayna – 7,Türkiyə - 6, CAR – 0 xal.

1/2 final
5 may


Çexiya – Ukrayna
Fransa – Azərbaycan 
 
 

writer photo
Əlirza Əlirzalı
0