Millimiz yenə uduzdu
14.06.2022 - 21:50
Millimiz yenə uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız AVRO-2023-ün seçmə mərhələsində son matçına çıxıb.

A qrupunda mübarizə aparan Milan Obradoviçin yetirmələri səfərdə Norveçlə qarşılaşıb. 6 komandalı qrupda 5-ci yer tutduğu bu matçadək rəsmiləşən millimiz üçün qarşılaşma formal xarakter daşıyıb.

Qrup qalibi kimi birbaşa final mərhələsinə yüksəlmək üçün qalib gəlməli olan Norveç yığması millimizin müqavimətini yalnız ikinci hissənin əvvəlindəki qolla qıra bilib. Amma Obradoviçin komandası 11 dəqiqə məğlub durumda qalıb. İldar Ələkbərov bərabərlik qoluna imza atıb. Amma evdə xal itirməmək üçün böyük qüvvə ilə irəli atılan şimallılar Erik Botheymin qolu ilə qələbə qazanıb. Bu, norveçliləri AVRO-2023-ə daşıyıb.

U-21-lər arasında AVRO-2023-ün seçmə mərhələsi
1-ci qrup
14 iyun
20:00. Norveç – Azərbaycan – 2:1
Baş hakim: Luka Bilbiya (Bosniya və Herseqovina)
Qollar: Yorgen Larsen, 54, Erik Botheym, 75 – İldar Ələkberov, 65 
Drammen. Marienlist stadionu

 

1

Norveç

10

8

0

2

26-11

24

2

Xorvatiya

10

7

1

2

25-10

22

3

Finlandiya

10

6

1

3

18-13

19

4

Avstriya

10

5

1

4

22-13

16

5

Azərbaycan

10

2

1

7

12-24

7

6

Estoniya

10

0

0

10

0-32

0

 

writer photo
Əlirza Əlirzalı
0