Millimiz yenə uğursuz gündə
19.11.2022 - 22:58
Millimiz yenə uğursuz gündə

Azərbaycan millisi sabah Şimali Makedoniya ilə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, bu, yığmamızın noyabrın 20-də keçirəcəyi üçüncü matçdır.

Əvvəlki iki qarşılaşma uğursuz alınıb. Canni de Byazinin yetirmələri bu mənfi tendensiyaya son qoymağa çalışacaq.

Komandamız bu tarixdəki hər iki görüşdə uduzub. Yığmamız Uels və Kosovo ilə matçlarda qol da vura bilməyib.

Qeyd edək ki, noyabrın 16-da Moldovaya 2:1 hesabı ilə qalib gələn millimiz həmin uğursuz tarixin tilsimini qırmağa müvəffəq olub.

AVRO-2004-ün seçmə mərhələsi
20 noyabr 2002. Bakı. Azərbaycan – Uels – 0:2
Millətlər Liqası-2019
20 noyabr 2018. Priştina. Kosovo – Azərbaycan – 4:0
 

writer photo
Əlirza Əlirzalı
0