Azərbaycan millisi iyunda 4 oyun keçirəcək.
Apaasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri Millətlər Liqasında mübarizəyə başlayacaq.
Komandamız Belarusla iki, Qazaxıstan və Slovakiya ilə bir matçını gələn ay keçirəcək. Bu qarşılaşmaların yığmamızın FİFA reytinqinə necə təsir edəcəyi bəlli olub.
De Byazinin komandası hazırda 1127 xalla planetin 129-cusudur. Qarşıda 4 oyunda əldə olunacaq hər qələbə, hətta hər heç-heçə xal aktivimizi artıracaq. Yalnız məğlubiyyət yığmanın əleyhinə işləyəcək.
Komanda sensasiya edə bilsə və 4 qələbə qazansa, reytinqdə yığmanı gözləyən qazancı - 38,2 xalı əldə edəcək. Ən böyük uğursuzluq – 4 məğlubiyyət isə 21,8 xal itirməklə nəticələnəcək.
3 iyun. Qazaxıstan – Azərbaycan
Qələbə: 7,6
Heç-heçə: 0,1
Məğlubiyyət: -7,4
6 iyun. Belarus – Azərbaycan
Qələbə: 9,2
Heç-heçə: 1,7
Məğlubiyyət: -5,8
10 iyun. Azərbaycan - Slovakiya
Qələbə: 11,9
Heç-heçə: 4,4
Məğlubiyyət: -3,1
13 iyun. Azərbaycan - Belarus
Qələbə: 9,5
Heç-heçə: 2,0
Məğlubiyyət: -5,5