Millinin sabiq futbolçusuna vəzifə verildi
26.10.2022 - 16:51
Millinin sabiq futbolçusuna vəzifə verildi

Argentina millisinin sabiq futbolçusu Qabriel Hayntsenin yeni iş yeri bəlli olub.

Apasport.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssis vaxtilə şərəfini qoruduğu “Nyuells Old Boyz”un baş məşqçisi vəzifəsinə təyin olunub.

Hayntse bu postda müvəqqəti baş məşqçi Adrian Korianı əvəzləyib. Mütəxəssis bunadək “Qodoy Krus”, “Argentinos Xuniors”, “Veles Sarsfild”ə rəhbərlik edib. Onun son klubu MLS təmsilçisi “Atlanta Yunayted” olub.

Qeyd edək ki, argentinalı futbolçu karyerasında PSJ, “Mançester Yunayted” və “Real” kimi klubların formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0