Millimizin AVRO-2024 şansı açıqlandı
21.02.2023 - 00:00
Millimizin AVRO-2024 şansı açıqlandı

AVRO-2024-ün seçmə mərhələsi ərəfəsində komandaların şansları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, futbol ekspertləri yığmaların müxtəlif yerləri tutmaq ehtimallarını müəyyənləşdirib.

Azərbaycan millisinin də şansları bəlli olub. Mütəxəssislər F qrupunda yer alan komandamızı autsayder görür.

Hətta Estoniya millimizdən daha şanslı sayılır. Düzdür, Canni de Byazinin qrup qalibi olmaq ehtimalı da var. Amma sonuncu yer daha yüksək faizlə gözlənilir.

1-ci yer – 0,13 %
2-ci yer – 1,54 %
3-cü yer – 7,12 %
4-cü yer – 40,80 %
5-ci yer – 50,41 %

Qeyd edək ki, F qrupunda Belçika, İsveç, Avstriya, Estoniya və Azərbaycan milliləri mübarizə aparacaq.

writer photo
Əlirza Əlirzalı
0