Sabah futbol üzrə dünya çempionatı start götürəcək.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi heç vaxt mundialda oynamasa da, DÇ-1998-dən seçmə mərhələlərin iştirakçısıdır.
Yığmamızın bu görüşlərdə ən çox oyun keçirən futbolçusu Rəşad Sadıqovdur. Sabiq “14 nömrə”nin hesabında 31 matç var. Mahir Şükürovun ikinci olduğu siyahıda “üçlüy”ü Kamran Ağayev qapayır.
11 futbolçu ən azı 15 seçmə oyununa çıxıb. Onlardan üçü karyerasını davam etdirir. Bu oyunçular Maksim Medvedev, Qara Qarayev və Ramil Şeydayevdir.
1. Rəşad Sadıqov - 31
2. Mahir Şükürov - 26
3. Kamran Ağayev - 25
4. Maksim Medvedev - 22
5-6. Qara Qarayev - 19
Rahid Əmirquliyev - 19
7. Qurban Qurbanov - 18
8-9. Mahmud Qurbanov - 16
Ramil Şeydayev - 16
10-11. Emin Ağayev - 15
Cavid Hüseynov - 15