Millimizin iki oyunu "Dalğa Arena"da
15.08.2023 - 10:12
Millimizin iki oyunu "Dalğa Arena"da

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iki oyununun yeri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi iki oyunun stadionu bəlli olub. Millimiz oktyabrın 12-də Şimali İrlandiya, 17-də isə Lüksemburq komandasına qarşılaşacaq. Hər iki görüş "Dalğa Arena"da keçiriləcək. 

Qeyd edək ki, oyunların başlama vaxtı dəqiqləşməyib.
 

writer photo
Əlirza Əlirzalı
0