Üç güləşçimiz yarımfinalda
21.04.2023 - 16:46
Üç güləşçimiz yarımfinalda

Zaqrebdə keçirilən Avropa çempionatında yunan-Roma güləşçiləri mübarizəyə başlayıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının 5 pəhləvanı xalça üzərinə çıxıb.

Onlardan üçü yarımfinala adlayıb.

Eldəniz Əzizli (55 kq) 1/4 finalda bolqarıstanlı Stefan Qriqorovu 9:0 hesabı ilə məğlub edib. Taleh Məmmədov (63 kq) italiyalı Cakopo Sandronu üstələyib - 4:1. Sabah Şəriəti (130 kq) macar Dariuş Viteki 5:4, rumın Alin Çiurariunu 9:3 hesabı ilə məğlubiyyətə uğradıb.

İslam Abbasov (87 kq) fransalı Turpal Maaqamedov və estoniyalı Daniel Erreronu eyni – 9:0 hesabı ilə məğlub edərək 1/4 finala adlayıb. Lakin türkiyəli Əli Çengizə məğlubiyyətlə (1:1) qızıl medal şansını itirib. Sənan Süleymanov (77 kq) ilk qarşılaşmasında macar Joltan Levai önündə aciz qalıb – 0:9.

Qeyd edək ki, yarımfinal görüşləri bu gün axşam saatlarında baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0