Millimizin qapıçısı Premyer Liqa klublarının gündəmində
08.11.2022 - 11:23
Millimizin qapıçısı Premyer Liqa klublarının gündəmində

“Zirə”nin qapıçısı Mehdi Cənnətov qış fasiləsində komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı qolkiper Premyer Liqanın iki təmsilçisinin maraq dairəsinə düşüb.

Milli komandamızın üzvünün ikinci yarıdan etibarən “Turan Tovuz” və ya sabiq komandası “Sumqayıt”ın formasını geyinmək ehtimalı yaranıb. Həm Ayxan Abbasov, həm də Samir Abasov növbəti ildən qapı xəttini ona etibar etmək istəyir.

Cənnətovun “Zirə”də müntəzəm oynamaması da onu komandasını dəyişmək barədə düşünməyə vadar edib. Həmçinin bakılılar yeni qapıçı axtarışındadır və istədikləri transferi həyata keçirə bilsələr, onunla yolları ayıracaqlar. Mehdinin, xüsusən də, XIII turda “Qəbələ” (0:1) ilə görüşdə meydanın mərkəzindən qol buraxması onunla bağlı qərarın qətiləşməsinə səbəb olub.

Qeyd edək ki, Mehdi Cənnətov bu mövsüm çempionatın 6 oyununda çərçivəni qoruyub.

writer photo
Əlirza Əlirzalı
0