"Neftçi"nin ÇL-dəki rəqibi müəyyənləşib
23.08.2024 - 16:28
"Neftçi"nin ÇL-dəki rəqibi müəyyənləşib

"Neftçi”nin qadın futbolçulardan ibarət komandasının avrokuboklardakı debüt matçının hakimləri bəlli olub.

Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində Avstriyanın “Sankt Qallen” kollektivi ilə qarşılaşacaq.

Görüşü Xorvatiya və İtaliyadan olan hakimlər idarə edəcək. Baş hakim Yelena Kumer olacaq.

Ona həmyerlisi Sanya Rodyak-Karşiç və italiyalı Françeska Di Monte kömək edəcəklər. Mariya Marotta isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, görüş sentyabrın 4-də Gürcüstanın Tsxaltubo şəhərində keçiriləcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0