Superliqa layihəsi “Real” və “Barselona”ya rekord məbləğ qazandıra bilər.
Apasport.az xəbər verir ki, əgər bu ideya həyata keçirilsə, İspaniya nəhənglərinin gəlirləri 1 milyard avro olacaq.
Sponsorların Superliqa layihəsinə 15 milyard avro yatırım etməyə hazır olduğu bildirilib. İdeyanın əsas üzvləri “Real” və “Barselona” ilk mərhələdə bonus kimi 1 milyard avro alacaqlar. Bu məğlub hər iki klubun maliyyə problemlərini həll etməyə kömək edəcək.
Qeyd edək ki, Madrid təmsilçisinin prezidenti Florentino Peresin məsələ ilə bağlı bu gün 60 klubla müzakirələr apardığı xəbərləri yayılıb. Superliqa ilk dəfə 2021-ci təşkil olunsa da, uğursuz nəticələnmişdi. UEFA-nın təzyiqindən bir çox klublar təşkilatı tərk etmişdilər.