İkardinin “Qalatasaray”dan İSTƏYİ
22.12.2022 - 15:44
İkardinin “Qalatasaray”dan İSTƏYİ

Türkiyənin “Qalatasaray” klubunda çıxış edən Mauro İkardi klub rəhbərliyinə yeni qərarını açıqlayıb.

Apasport.az xəbər verir ki, mövsümün əvvəlində Fransanın PSJ komandasından icarə əsasında “cim-bom”a gələn argentinalı futbolçu daha bir il “sarı-qırmızı” formanı geyinmək istəyir. 

İkardi göstərilən diqqətdən məmnun qaldığını deyərək, İstanbul təmsilçisindən birdəfəlik transfer olunmasını istəyib.

Qeyd edək ki, argentinalı hücumçu bu mövsüm 6 oyunda 4 qol vurub, 3 qolun isə ötürməsini verib.
 

writer photo
Əlirza Əlirzalı
0