Samuel EtoOya ağır cəza
20.06.2022 - 16:32
Samuel EtoOya ağır cəza

“Barselona”nın sabiq futbolçusu Samuel EtoOnun məhkəməsi olub.

Apasport.az saytının məlumatına görə, vergi cinayətlərində günahkar hesab olunan futbol veteranı 22 aylıq şərti həbs cəzası alıb.

Kamerunlu məhkəmədə ittihamı qəbul edib. O, bütün məsuliyyətin sabiq təmsilçisi Xose Mariya Mesalyesin üzərində olduğunu bildirib. Samuelin bütün aktivlərini idarə edən şəxs isə 1 illik şərti cəza alıb.

Onlar həm də böyük məbləğdə cərimə ödəyəcək. Sabiq futbolçu 1 milyon 810 min 310, nümayəndəsi isə 905 min 155 avro ziyana düşüb. 

Qeyd edək ki, 2006-09-cu illərdə öz imic hüquqlarını “Barselona” və “Puma”ya verən EtoO bundan əldə etdiyi gəliri vergi bəyannaməsində göstərməyib.
 

writer photo
Əlirza Əlirzalı
0