"Sabah"dan İrazabal QƏRARI
18.12.2022 - 11:29
"Sabah"dan İrazabal QƏRARI

"Sabah" ispaniyalı müdafiəçisi Con İrazaballa müqavilə müddətini uzadacaq. 

Apasport.az xəbər verir ki, Masazır təmsilçisi ispaniyalı futbolçunu buraxmaq fikrində deyil. 

Murad Musayevin ən çox güvəndiyi oyunçulardan olan İrazabal yeni mövsümdən də "Sabah"da çıxış edəcək. Onunla müqavilə müddəti avtomatik olaraq bir illik uzadılacaq. 

Qeyd edək ki, ispaniyalı Azərbaycana gələnə qədər "Mirandes" və "Amorebieta"da oynayıb.
 

writer photo
Əlirza Əlirzalı
0