Maçado “Qəbələ”də
30.07.2022 - 18:32
Maçado “Qəbələ”də

Ramon Maçadonun “Qəbələ”yə keçidi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

“Qırmızı-qaralar” yay transfer dövründə beşinci oyunçu keçidini gerçəkləşdirib. Braziliyalı hücumçu ilə 1 illik müqavilə imzalanıb. 31 yaşlı cənubi amerikalı 2022-2023-cü illər mövsümündə komandanın formasını geyinəcək. 

Ötən mövsüm “Neftçi” ilə Azərbaycan Premyer Liqasının gümüş medalını qazanan Ramon karyerası ərzində Almaniyada “Reqensburq” (2012-2013), Braziliyada “Esportivo” (2014), “Lajeadense” (2014, 2015), “Santa Kruz” (2014), “Boa Esporte” (2015), “Brazil de Pelotas” (2016-2017, 2021), “Ponte Preta” (2017), “Yuventud” (2017), “Vila Nova” (2018), “İtuano” (2019), “Parana” (2019), “Santo Andre” (2020, 2021), “Botofoqo” (2020) klublarında forma geyinib.  O, Premyer Liqada 24 oyunda 5 qol vurub.

Qeyd edək ki, “Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos və Feras Abu Akalı heyətinə qatıb.

writer photo
Əlirza Əlirzalı
0