Millimizin üzvü beynəlxalq turnirdə yarışacaq
24.01.2024 - 15:18
Millimizin üzvü beynəlxalq turnirdə yarışacaq

Fiqurlu konkisürmə üzrə yığma komandamızın üzvü Səbinə Əliyeva Türkiyəyə yollanıb.

Apasport.az xəbər verir ki, təmsilçimiz qardaş ölkədə təşkil olunan beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

Səbinənin turnirdə 28 konkisürən arasında yarışacağı gözlənilir. O, sabah qısa proqram, ertəsi gün isə sərbəst çıxış üçün buz üzərinə çıxacaq.

Qeyd edək ki, İzmirin ev sahibliyi etdiyi yarış “Ephesus Cup” adlanır.

writer photo
Əlirza Əlirzalı
0