Millinin “9-luğ”u: Qurbanovun bir addımlığında
17.11.2023 - 09:20
Millinin “9-luğ”u: Qurbanovun bir addımlığında

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində İsveçə 3:0 hesabı ilə qalib gəlib.

Apasport.az xəbər verir ki, bu matçda iki qola imza atan Emin Mahmudov yığmadakı hesabını 13 topa çatdırıb.

“Neftçi”nin və millinin kapitanı bununla da Azərbaycan yığmasının tarixinin ən yaxşı bombardiri Qurban Qurbanovla fərqi minimuma endirib. Rekordçunun hesabında 14 qol var.

İndiyədək komandanın 9 futbolçusu 5 qol səddini arxada qoyub. Emin kimi 3-cü sırada olan Ramil Şeydayev də yığmada çıxışını davam etdirir. Onun aktivində 10 qol var.

Millidə 5-dən çox qol vuranlar
1.    Qurban Qurbanov    - 14
2.    Emin Mahmudov    - 13
3.    Ramil Şeydayev    - 10
4.    Vaqif Cavadov    - 9
5.    Dmitri Nazarov    - 8
6-8.    Rauf Əliyev    - 7
Branimir Subaşiç    - 7
Elvin Məmmədov    - 7
9.    Zaur Tağızadə    -6
 

writer photo
Əlirza Əlirzalı
0