Aprelin 24-dən mayın 2-dək Monteneqroda təlim-məşq toplanışında olacaq minifutbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
Apasport.az Azərbaycan Minifutbol Federasiyasına istinadla xəbər verir ki, baş məqşçi Elşad Quliyev yığmaya 20 oyunçu cəlb edib.
Qapıçılar: Davud Kərimi, Ağaseyid Qasımov (hər ikisi "Zirə"), Vəli Qafarov ("Birbaşa Bakı")
Müdafiəçilər: Müseyib Vəliyev, Vüsal İsayev, Təmkin Xəlilzadə (hamısı "Birbaşa Bakı"), Taleh Babayev, Ramiz Çovdarov, Elşad Manafov (hamısı "Zirə")
Yarımmüdafiəçilər: Elvin Əlizadə ("Birbaşa Bakı"), Məhəmməd Xəlilov, Rəvan Kərimov, Mirkamil Əliyev (hamısı "Zirə"), Kamran Qürbətov, Təmraz Əmircanov (hər ikisi "Aznur)
Hücumçular: Eşqin Tağıyev, Mirmehdi Rzayev (hər ikisi "Birbaşa Bakı"), Samir Həmzəyev, Seymur Məmmədov (hər ikisi "Zirə"), Bəxtiyar Soltanov ("Odlar Yurdu")
Qeyd edək ki, komanda aprelin 30-da Serbiya, Bosniya və Herseqovina, Rumıniya, Monteneqro və Albaniyanın qatılacağı turnirdə iştirak edəcək.
Xatırladaq ki, toplanış Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.