"Qarabağ"ın "Molde" ilə ilk oyununa baxmışdım. Komanda həqiqətən də möhtəşəmə yaxın futbol oynamışdı”.
Bu sözləri apasport.az saytına açıqlamasında Miro Varvodiç deyib.
"Köln" və "Hayduk"un sabiq qolkiperi Ağdam klubunun bu gün Avropa Liqasının 5-ci turu çərçivəsində "Molde"yə qarşı keçirəcəyi görüşdən gözləntilərini açıqlayıb: “Doğrudur, az vaxt keçməyib. Amma istənilən halda, "Qarabağ"a bu gün də inamım böyükdür. Doğrudur, hava şəraiti burada önəmlidir, süni örtük də. Amma "Qarabağ" çox təcrübəlidir və bu faktlar onlara problem yaratmayacaq. "Qarabağ" əla komandadır, soyuq havada da uğurlu nəticələr qazanmağı bacarıb. Məncə, bu gün "Molde" ilə görüşdə də "Qarabağ" əla oynayıb, xal qazanacaq. Qrupdakı ən güclü komanda "Bayer"dir, onlara qarşı heç kim "Qarabağ" kimi oynaya bilməyib. Amma mənim komandam onlara qarşı səviyyə ortaya qoymuşdu. Əminəm ki, "Qarabağ" qrupdan çıxacaq və Avropa Liqasında yoluna davam edəcək. Çünki Qurban Qurbanov kimi əla baş məşqçisi var”.
Miro vaxtilə “Qarabağ”dan ayrılmasına üzüldüyünü də etiraf edib: “Hər dəfə yadıma düşəndə, "Qarabağ"dan ayrıldığım üçün peşman oluram. Çünki söhbət əla komandadan gedir. Onlara bu gün və ümumiyyətlə, uğurlar arzu edirəm. Ən yaxşısına layiqdirlər".
Qeyd edək ki, Varvodiç 2012-13-cü illərdə "Qarabağ"ın qapısını qoruyub.