“Yenidən yığmaya gəldiyim üçün şadam. Bizi ilin son iki oyunu gözləyir”.
Apasport.az saytının məlumatına görə, bunu Moldova millisinin qapıçısı Dmitri Çelyadnik deyib.
O, Azərbaycanla sabahkı matça həsr olunan mətbuat konfransında iştirak edib. Qolkiper görüşdən gözləntilərini açıqlayıb: “Artıq sabah ilk matçımızdır. Hər şey edəcəyik ki, ən yaxşı keyfiyyətlərimizi göstərək və ili qələbələrlə başa vuraq. Ümid edirəm ki, bizi maksimal sayda azarkeş dəstəkləyəcək. Biz də onları sevindriməyə çalışacağıq. Üç oyunluq qələbə seriyasının uzadılması barədə komanda yoldaşlarımla danışmışıq. Amma hər görüşə motivasiyalı çıxmaq lazımdır. Biz yığmadayıq. Gözəl oyun göstərmək, azarkeşləri sevindirmək üçün qələbələr qazanmaq istəyirik”.
Qeyd edək ki, sabah Kişinyovda baş tutacaq Moldova – Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.