“Sumqayıt” yeni baş məşqçi tapdı
26.09.2022 - 13:19
“Sumqayıt” yeni baş məşqçi tapdı

“Sumqayıt”ın yeni baş məşqçisi müəyyənləşib.

Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, komandanı yenidən Samir Abasov çalışdıracaq.

Klub rəsmisinin sözlərinə görə, Abasovla 3 illik müqavilə imzalanacaq. Onun təqdimetmə mərasimi bu gün saat 16:00-da təşkil olunacaq.

Qeyd edək ki, Samir Abasov ötən mövsümün sonunda “Neftçi”dən ayrılıb.
 

writer photo
Əlirza Əlirzalı
0